İsmayıl Şıxlı-100

Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinın 25 aprel 2019-cu il tarixli F-200 nömrəli əmrinin icrasını təmin etmək, azərbaycanlı nasir, ədəbiyyatşünas, yazıçı və publisist İsmayıl Şıxlının ədəbi-bədii yaradıcılığı haqqında şagirdləri məlumatlandırmaq məqsədilə təqdimat keçirildi.Ana dili-ədəbiyyat müəllimi Tünzalə Mehdiyevanın təşkilatçılığı ilə keçirilən təqdimatda şagirdlərin nəzərinə çatdırıldı ki,İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Daha sonra İsmayıl Şıxlının romanlarından, əsərlərindən danışıldı,yazıçının bir neçə ədəbi qəhrəmanlarının təhlili verildi. İsmayıl Şıxlı nəsri üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımından dəyərləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi