Ana dilimizi sevək, qoruyaq!

21 fevral 2019-cu il tarixdə məktəbdə "Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar "Ana dilimizi sevək, qoruyaq!" adlı tədbir keçirildi.Tamilla Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Ana dili gününün tarixindən danışıldı, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirildi. Şagirdlərin ifasında Ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söylənildi.Tədbirin sonunda məktəbin direktoru Kərim Abidi valideyn, müəllim və şagird kollektivini təbrik edərək bildirdi ki,çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi