Şərəfli ömür yolu

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbimizdə "Şərəfli ömür yolu" adlı dəyirmi masa,mühazirə və seminar təşkil edildi.Anım tədbirində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru K.Abidi tərəfindən müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verildi. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulandı.
Şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa etdilər.Dərs arası tənəffüslər zamanı rasioqovşaqda Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirdilər.Məktəbin foyesində dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi