"Bilik Günü" tədbiri

15.09.2018-ci il tarixdə məktəbdə "Bilik Günü" tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi, "Əbilov" adına mədəniyyət mərkəzinin bədii rəhbəri, incəsənət adamları iştirak edirdi.Məktəbin direktoru Kərim Abidi tədbiri açaraq,ötən tədris ilindəki uğurlardan, qazanılan naliyyətlərdən danışdı, ali təhsil müəssisələrinə daxil olan məzunlar haqqında məlumat verdi. Tədbirə təşrif buyuran qonaqlar da öz ürək sözlərini söylədilər. Rayonun icra hakimiyyətinin başçısı cənab Əziz Əzizovun müəllimlərə təbrik məktubu oxundu. Tədbir qonaq qismində dəvət edilmiş müğənnilərin musiqi töhfələri və şagirdlərimizin səsləndirdikləri şeir və mahnıları tədbirə xoş bir bayram ovqatı bəxş etdi. Daha sonra çalınan ilk zəng sədaları altında məktəb rəhbərliyi 2018-2019-cu dərs ilində şagirdlərə  yeni-yeni uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi