Yasamal Rayonunda Mart Soyqırımına aid Tədbir Keçirildi

Martın 30 - da Yasamal rayon Heydər Əliyev Mərkəzində fəlsəfə elmləri doktoru Aidə Məmmədovanın rəhbərliyi ilə 31 mart 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Yasamal rayon icra başçısının müavini Təravət xanım Muradova, Ağsaqqallar şurasının sədri Kərim Kərimov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə xanım Ömərova, 2 №li baza Tibb Kollecinin tələbələri və məktəb şagirdləri iştirak etmişlər. 1918-ci il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc azərbaycanlıları amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qətlə yetirilməsi haqqında ətraflı məlumat verildi. Şagirdlərimizin ifasında 31 mart soyqırım qurbanlarının xatirəsinə ithaf edilmiş şeirlər səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi