Məktəbimizin Novruz Şənliyi

       19 mart 2018 - ci il tarixdə məktəbimizdə "Novruz" şənliyi keçirildi. 

       Tədbirdə çıxış edən 31 nömrəli tam orta məktəbin direktoru Kərim Abidi bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub. Kərim Abidi xüsusi olaraq vurğuladı ki, bu bayramın dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə təbii ki, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri hər zaman Novruz bayramının tarixi və milli ənənələrimizə uyğun şəkildə bayram edilməsinə böyük önəm vermiş və bu gün də ulu öndərimizdən miras qalmış bu gözəl ənənə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi