Əlvida ilk müəllimim

31 may məktəbimizdə sinif rəhbəri Abbasova Pərvanə Əli qızının rəhbərliyi və 4A sinif şagirdlərinin iştirakı ilə buraxılış gününə həsr olunmuş "Əlvida ilk müəllimim" adlı tədbir keçirildi.Məktəb rəhbərinin,kollektivin və valideynlərin iştirakı ilə keçirilən bu tədbir Azərbaycan dövlər himninin səsləndirilməsi ilə başladı.

Tədbirdə şagirdlər bu vaxtadək qazandıqları bilik və bacarıqları nümayiş etdirərək bir çox dillərdə şeir, mahnı ifa etdilər, hazırladıqları səhnəcikləri və dünya xalqlarının rəqslərini məharətlə nümayiş etdirdilər. Onların hər bir çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanırdı.Şagirdlər 4 il ərzində qazandıqları uğurlar və diplomlarına görə müəllimlərinə təşəkkür etdilər, bu illər ərzində özlərinə ikinci ana hesab edib, sevdikləri müəlliməsindən ayrılmaq bu fidanlar üçün çox çətin olduğunu dilə gətirdilər.

      Məktəb direktoru Təranə xanım çıxış edərəkibtidai təhsili uğurla bitirmələri münasibətilə  şagirdləri, müəllimləri və valideynləri təbrik etdi.Pərvanə müəllim və şagirdlərinin məktəbə verdiyi töhfələrdən, onların daim hazırladığı maraqlı tədbirlərdən danışdı.Müəllimlərin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri bilik və bacarıqları yüksək qiymətləndirdi. İbtidai təhsil kollektivinə, eyni zamanda bu işdə zəhməti olan digər müəllimlərə də dərin təşəkkürünü bildirdi.Sonda şagirdlərin bu 4 ildə keçdiyi yolları əhatə edən, kövrək hisləri dilləndirən maraqlı videoçarx göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi