28 May Respublika günü

      May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. May günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olması münasibəti ilə münasibət ilə məktəbimizdə də müəllim kollektivi və şagirdlərinin iştirakı maraqlı tədbir keçirildi. Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başladı.Şagirdlər müxtəlif seirlər söylədilər, mahnılar oxudular, müxtəlif rəqslər və əbədi-bədii kompozisiyalar nümayiş etdirdilər.

    Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Sonda slayd göstərildi.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi