ANA DILIMIZI SEVƏK,SEVDİREƏK

21 fevral 2017-ci il tarixində məktəbimizdə "Ana dili" günü tədbiri keçirildi. Tədbirdə möhtəbər qonaqlar yazıçılar ittifaqının üzvləri Oqtay Rza, yazıçılar birliyinin məsləhətçisi Dayandur Sevgin, şairə Fərqanə Mehdi, gənc şairə Arzu Hüseyn, Cənubi Azərbaycan yazıçılar ittifaqının sədri Sayman Aruz dəvət olunmuşdular. Tədbirdə şeirlər səsləndi, şagirdlərlə qonaqlar arasında maraqlı debat quruldu. Qonaqlar öz şeirlərini şagirdlərə təqdim etdilər, həyat və yaradıcılıqları barədə məlumatlar verdilər. Və sonda qonaqlarımız şagirdlərimizi maraqlandıran sualları cavablandırdılar.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi