Ümumdünya Mülki Müdafiə günü

308 nömrəli tam orta məktəbin tədbirlər planına uyğun olaraq 1 mart - Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar "Mülki müdafiə sahəsində innovativ texnologiyalar" mövzusunda tədbir keçirildi. Tədbiri məktəbin direktoru Təranə xanım Məmmədova Ulu öndər Heydər Əliyevin 

"Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır " sözləri ilə tədbiri açıq elan etdi. Direktor müavini Nərgiz xanım Abdullayeva və Məktəbin hərbi rəhbəri Vüsal Nağıyev mövzu ətrafında çıxış etdilər. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Tədbirin sonunda mülki müdafiə vasitələrinin istifadə qaydaları və nümayişi keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi