Məktəbdə “Ekologiya və sağlamlıq" layihəsinə start verildi

2016-2017-ci tədris ilində BŞTİ-nin “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirdiyi “Ekologiya və sağlamlıq" layihəsinə məktəbimizdə də start verildi. Layihəyəyə məktəbin coğrafiya, biologiya, tarix, ədəbiyyat, idman və texnologiya müəllimləri cəlb olundu. Yanvar ayının mövzusu "Ekologiya və İqtisadiyyat" oldu. Məktəbin coğrafiya müəllimləri "Ekologiya və İqtisadiyyat" mövzusu ərtafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyat keçirilməsini planlaşdırdılar. Plan əsasında müxtəlif siniflərdə işlər aparıldı. Əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbəti oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxartmaqdan ibarət idi. Müəllimlər çox böyük həvəslə şagirdlərə vətənimizin sərhədləri, təbii sərvətləri, yerüstü-yeraltı faydalı qazıntıları haqqında geniş məlumatlar verdilər. Vətənimizin çayları, gölləri, meşələri, qoruqları, flora və faunası haqqında geniş biliklər aşıladılar. Ekologiya aylığı ilə əlaqədar dərslər günün tələbləri səviyyəsində quruldu. Həm müəllimlərin, həm də şagirdlərin axtarışları və araşdırmaları nəticəsində əldə olunmuş materiallardan, videoçarxlardan istifadə olundu. Ekologiya aylığı ilə bağlı siniflərdə geniş praktik işlər aparıldı. Belə ki, viktorinalar, disputlar keçirildi, refaratlar yazıldı, müxtəlif mövzuda əl işləri təqdim olundu. Bu cür tədbirlərin həyata keçirilməsi şagirdlərdə böyük ruh yüksəkliyi yaratdı, eyni zamanda ekoloji tərbiyyəni formalardırdı. Qeyd edək ki, il ərzində sinif və dəhlizlərdə dibçəklərdə güllər əkilmiş və şagirdlər tərəfindən onlara qulluq edilmişdir..Ümumiyyətlə məktəbimizdə ekologiya ilə bağlı tədbirlər hələ 2010-cu ildən bəri hər il həyata keçirilir. Bu məqsədlə məktəbimizin həyətyanı sahəsində geniş yaşıllıq salınmışdır, meyvə ağacları və gül kolları əkilmişdir. Şagirdlərimiz hər zaman məktəbin yaşıllığını qoruyur, ağaclara düzgün qulluq edirlər və bu işdə onlara müəllimlər yaxından kömək edirlər. Ekologiya və iqtisadiyyat aylığının yekunu olaraq məktəbimizin peşəkar və təcrübəli coğrafiya müəllimi Çimnaz İmanovanın rəhbərliyi altında geniş bir tədbirin keçirilməsi planlaşdırılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi