Ulu Öndər Heydər Əliyev 100 illiyi ilə bağlı tədbir

Mayın 12-də Yasamal rayonu 308 saylı tam orta məktəbinin Ramil Ağayev adına 3Ə sinfinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Məktəbinin akt zalında keçirilən tədbirdə Dövlətə Dəstək Qazilər İçtimai Birliyinin Sədri ehtiyatda olan zabit Rəhman Muradov, şəhid Mahmud Əhmədovun ailə üzvləri, qazilər Sabir Dünyamaliyev, Seymur Əliyev, Elxan Qasımov, Sənan Yolçuyev, könüllü Nəfəs xanım iştirak ediblər. Həmçinin məktəbin əməkdaşları, müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.Məktəblilər Ulu Öndərə həsr olunan şeir söyləyib, mahnı ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi