Mənim ana dilim

          Məktəblilərin mənəvi aləminin zənginləşdirilməsi, dünyagörüşünün genişləndirilməsi, mükəmməl təhsil alması, öz soydaşları ilə ünsiyyət qurmaq qabiliyyətinin gücləndirilməsi məqsədilə və 21Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə 21.02.2020-ci il tarixdə 306 №-li tam orta  məktəbdə ibtidai sinif müəllimi S.Məmmədovanın təşəbbüsü və II-a sinif şagirdlərinin iştirakı ilə “Ana dilim” mövzüsunda tədbir keçirildi.

         Tədbirdə şagirdlər Azərbaycanın görkəmli şairləri Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Bayram, İsa Cavadoğlunun  ana dili mövzüsunda yazdıqları şeirləri, Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasından parçalar səsləndirdilər və Səməd Vurğunun “ Vaqif ” dramından səhnəciklər nümayiş etdirdilər, tanınmış şəxsiyyətlərin dil haqqında dedikləri aforizmlər səsləndirdilər.

       Ölkəmizdə ana dilinin inkişafında, beynəlxalq münasibətlər sisteminə yol tapmasında, dilimizin qorunması sahəsində Ulu Öndərimiz Heydər Əliyevin yürütdüyü siyasətdən söhbət açdılar və Ümümilli liderə həsr olunmuş “Heydər babanın nəvələriyik” mahnısını ifa etdilər.

        Tədbirə şagirdlərin təqdim etdiyi “Naz eləmə” rəqsi, “Şirin dil” mahnısı xüsusi maraq qatdı.

    Tədbirdə məktəbin direktoru Gültəkin Ədilova, təlim-tərbiyə işləri üzrə direktor müavini Vüqar Məmmədov, tərbiyə işləri üzrə direktor müavini Nigar Cavadova iştirak etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi