Şahmat analiz sənətidir

   Dünyanın ən qədim oyunlarından biri olan, bir versiyaya görə ilk dəfə hind mütəfəkkiri Herssabin Dahirenin kəşf etdiyi şahmat oyununun həvəskarlarının məktəbdə çoxluq təşkil etdiyini və idmanın bu növündə 306-№ li məktəbin şagirdlərinin  uğurlarını nəzərə alaraq məktəbimizdə 13.02.2020-ci il tarixdə məktəblərarası “ Şahmat analiz sənətidir” başlığı altında yarış təşkil edildi.

   Bu yarışda idmançılarımızın rəqibləri 274№-li və 320№-li məktəbin şahmatçıları idi.  Gərgin keçən ağ-qara fiqurların mübarizəsi zamanı 306 №-li məktəbin şagirdləri ən yüksək nəticə göstərərək "şahı mat" etdilər və I yerə sahib oldular.

Şahmatçılarımızi bu uğurları münasibətilə təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi