Kiçik Akademiya

“Kiçik Akademiya”nın hesabat iclası keçirildi04.02.2020-ci il tarixində məktəb-liseydə fəaliyyət göstərən “Kiçik Akademiya”nın hesabat iclası keçirildi.Tədbirdə məktəbin direktoru İ.Hüseynova,tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva,Həmkarlar təçkilatının sədri Ş.Mirbağırova,fənn müəllimləri və akademiyanın fəal üzvüləri iştirak etdilər. Tədbiri “Kiçik Akademiya “nın rəhbəri Y.Quliyeva başlayaraq tədbir iştirakçılarına təşəkkürünü bildirdi və akademiyanın fəaliyyət planına əsasən gördüyü işlər barəsində məlumat verdi.Məktəbin direktoru İ.Hüseyinova öz çıxışında akademiyanın fəaliyyətini müsbət qiymətləndirdi,təklif və arzularını bildirdi.Tədbirin sonunda “Kiçik Akademiya”nın fəal üzviləri diplom və sertifikatla təltif olundular.

Ətraflı

Kiçik Akademiya üzvlərinin Port festivalda iştirakı   26 may 2019-cu il tarixində Ələt qəsəbəsində yerləşən yeni Bakı Dəniz Limanının açılışının bir illiyi ilə əlaqədar olaraq,məktəbimizin Kiçik Akademikləri Port Festivalda iştirak etmişlər. Bakı dəniz limanında təşkil olunmuş festivalda müxtəlif attraksionlar, maraqlı şou proqramlar, gəmi ilə dəniz gəzintisi şagirdlərin istirahət vaxtlarının səmərəli təşkilinə xidmət edirdi.

Ətraflı

Kiçik Akademiya üzvlərinin Sumqayıt Texnologiyalar parkına ekskursiyası“Kiçik Akademiya”nın iştirakçı şagirdləri 03.05.2019-cu il tarixində Sumqayıt Texnologiyalar parkına ekskursiya etdilər. Məqsədimiz şagirdləri Sumqayıt Texnologiyalar parkında mövcud texnologiya ilə məlumatlandırmaq və gələcəkdə onlara peşəyönümlü istiqamətində dəstək olmaqdır. Sumqayıt Texnologiyalar Parkı regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Burada Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod fəaliyyət göstərir. Şirkətin ərazisində 2000 nəfər çalışır. Gələcəyimizin və gənclərimizin, eyni zamanda dövlətimizin iqtisadiyyatının yüksək inkişafı naminə dünyada ən böyük texnoloji zavodlarından biri olan bu cür müəssisələrin ölkəmizdə fəaliyyət göstərməsi diqqətə və rəğbətə layiqdir. Ekskursiya şagirdlərdə maraqlı təəsürat yaratdı.

Ətraflı

“Kiçik Akademiya” nın məntiqi və elmi inkişaf istiqamətində hazırladıqları məruzələrin təqdimatı05.04.2019 - cu il tarixində məktəbimizdə “Kiçik Akademiya” nın tərkibində fəaliyyət göstərən şagirdlərin sərbəst mövzuda, məntiqi və elmi fikirlərinin inkişafı istiqamətində hazırladıqları məruzələrin təqdimatı və müzakirəsi keçirildi. Təqdim olunan məruzələrin aktuallığı və onların ictimai – sosial həyatda tətbiqi, öyrənilməsi və hətta araşdırılması məqsədəuyğundur. Məktəb- liseyin direktoru İ.Hüseynova mövzular və təqdimatlara öz istiqamətləndirici fikirlərini və təkliflərini bildirərək, gələcəyin alimlərinin düşündürücü mövzulara toxunduqlarını qeyd etdi və bu mövzular üzərində araşdırmaların geniş miqyasda aparılmasını və tətbiqin təklif etdi.

Ətraflı

Kiçik Akademiya üzvlərinin şəhərimizdə ekskursiyasıAzərbaycan Respublikası Təhsil Nazirliyinin 550 №li əmrin 2.6 bəndinin icrası ilə bağlı Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq, 06 mart 2019-cu ildə ekskursiya təşkil olundu. Kiçik Akademiyaya təhkim olunmuş məktəb şagirdləri Bakı şəhər turuna çıxdılar. Ekskursiyanın məqsədi informasiya xarakterli olmaqla, Bakımızın memarlıq, inşaat, köhnə və müasir şəhərsalma layihələri ilə tanışlığa yönəlmişdir.

Ətraflı

Kiçik Akademiyanın “İslam dini- elm və inkişafa çağırış dinidir” mövzusunda tədbiriMəktəb-liseydə Kiçik Akademiyanın “İslam dini- elm və inkişafa çağırış dinidir” mövzusunda növbəti tədbiri keçirilmişdir. Məktəbin 5A, 7A, 8A siniflərinin kiçik elmi işçiləri ölkəmizdə baş verən nailiyyətlər və islam dəyərlərinin yüksək mənəvi əxlaqi mahiyyəti haqqında araşdırmalar aparmış və təqdimatlarla çıxış etmişlər. Müzakirələrlə keçirilən tədbirdə qeyd olundu ki, elm və inkişafa çağırış dini olan İslam dini uşaq və yeniyetmələrdə sülh, əmin-amanlıq, gözəl və saf əxlaq aşılamaqla yanaşı, mərhəmət və şəfqətə malikdir. Müxtəlif mədəniyyət və dəyərlərə tolerant yanaşan ölkəmizdə islam dəyərlərinin mənəvi əxlaqi mahiyyəti yüksək səviyyədə qiymətləndirilir.

Ətraflı

304 №li məktəb-liseydə fəaliyyət göstərən “Kiçik Akademiya“ haqqinda ümumi məlumatMəktəb-liseydə “Kiçik Akademiya” 2016-ci il tarixində fəaliyyətə başlayıb. 01. 04. 2016-cı il tarixində məktəb-liseydə “Kiçik Akademiya”nın açılış tədbiri olmuşdur. Tədbirdə “Kiçik akademiya“ya üzv olan şagirdlər yeni ideyalarla çıxış edərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs etmişdilər. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Məktəbdə yaradılmış “Kiçik Akademiya”nın məqsədləri aşağıdakılardır: • Şagirdlərin özünütəsdiqi və inkişafını təmin etmək; • Elmi-tədqiqat işi aparmağın yollarını öyrətmək; • Tədqiqat işinə maraq hissi aşılamaq; • Şagirdlərə öz bacarıqlarını nümayiş etdirmək imkanını vermək. Elmi işlərin mövzuları rəngarəngdir. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində VII, VIII, IX sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. Məktəbin Kiçik Akademiyası qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirir və çərçivədə işlərin genişləndirilməsini planlaşdırır.

Ətraflı
HAQQIMIZDA

1920-ci ildə Dəmir Yolu yanında qiyabi fəhlə-gənclər orta məktəbi kimi yaradılmışdır. 1961-ci ildə bəzi fənləri (biologiya,coğrafiya,texniki tərcümə və s.) ingilis dilində tədris edən 1№li Dəmir Yolu orta məktəbi kimi fəaliyyətə başlayır. 2002-...

BİZİM FƏXRLƏRİMİZ

Əhməd Bədəlov

Sekinə Hacızadə Anar

HAQQIMIZDA

1920-ci ildə Dəmir Yolu yanında qiyabi fəhlə-gənclər orta məktəbi kimi yaradılmışdır. 1961-ci ildə bəzi fənləri (biologiya,coğrafiya,texniki tərcümə və s.) ingilis dilində tədris edən 1№li Dəmir Yolu orta məktəbi kimi fəaliyyətə başlayır. 2002-...

BİZİM FƏXRLƏRİMİZ

Əhməd Bədəlov

Sekinə Hacızadə Anar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM