“Valideynin məktəbdə bir günü"

Dekabrın 20-də “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirildi.  Görüşə dəvət olunmuş valideynlər ilk öncə yeni istifadəyə verilmiş  məktəblə yaxından tanış oldular , məktəbin direktoru İradə Xəlilova  valideynlərə məktəbin fəaliyyəti barədə ətraflı məlumat verdi və valideynlərlə birlikdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Valideynlərin  iştirakı ilə dərslər dinlənildi. Sonra  mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə  B.Vahabzadənin “Vətəndaş” şeiri  şagirdlər və valideynlərin iştirakı ilə təhlil olundu.

 Şagirdlərin təqdim etdikləri ədəbi-bədii kompozisiya valideynlər tərəfindən alqışla qarşılandı.

Sonda məktəbin direktoru İradə Xəlilova  çıxış edərək şagirdlərin təlim-tərbiyəsində məktəb-valideyn münasibətlərinin mühüm rolunu qeyd etdi. Valideynlərə məktəblə  əlaqəni daha da genişləndirməyi tövsiyə etdi. Qonaqlar sonda “Rəy və təkliflər” kitabına öz fikirlərini yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi