Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir

    30.11.2017-ci tarixdə 298№-li  tam orta məktəbin akt zalında  Azərbaycan musiqisinin azman sənətkarlarından biri Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri məktəbin "Musiqi" dərnəyinin rəhbəri Sevinc İmanovanin təşkilatçılğı ilə dərnək üzvləri hazırlamışdılar.                       

   Tədbirdə Bülbülün həyat və yaradıcılığı barədə məlumat verildi,Azərbaycan musiqisində onun çoxşaxəli,əvəzsiz rolu barədə danışıldı,böyük sənətkarın repertuarından öz səsində və dərnək üzvlərinin ifasında mahnılar,romanslar səsləndirildi.

   Sonda məktəbin direktor müavini Xatirə Rəhimova çıxış edərək Bülbülün 120 illik yubileyi münasibəti ilə hazırlanmış bu tədbiri məktəb səviyyəsində musiqi bayramı kimi dəyərləndirərək tədbirin hazırlanmasında əməyi keçən hər kəsə məktəb rəhbərliyi adından öz dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi