"Anti Bullying Animated Short Film Project"qısa metrajlı filmi nümayiş edildi.

10 Yanvar 2020-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini İbrahimova Fatma və məktəbin psixoloqu Ələsgərova Aynur tərəfindən məktəbi 6c və 6l sinif şagirdlərinə şagirdlərarası zorakılıq hallarının qarşısını almaq məqsədi ilə iclas keçirildi. İclasda bullinq anlayışı, şagirdlər arasında yayılması, mənfi təsirləri, mübarizə formaları barədə geniş müzakirəyə yer verildi. İclas şagirdlərə "Anti Bullying Animated Short Film Project" qısa metrajlı filmin nümayiş etdirilməsi ilə davam edib. Filmin nümayişindən sonra şagirdlərlə filmin qəhrəmanları barədə müzakirə aparılıb. Şagirdlərdən filimdən çıxarılan nəticə, qəhrəmanlara və olaylara münasibət öyrənilib. Tərbiyə işləri üzrə direktor müavini və məktəbin psixoloqunun məktəbdə şagirdlərin bir-birinə münasibətində anlayış prinsipinin zəruriliyini qeyd olunmaqla iclas yekunlaşıb. İclasın sonunda şagirdlərə bullinq hadisəsi ilə bağlı rastlaşdıqları və ya təssüratları barədə esse yazmaları tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi