Bullinq

 

       22 noyabr 2019- cu il tarixində məktəbimizdə "Bullinq və onun qarşısının alınması " adlı tədbir keçirildi .

   Tədbirdə məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak etdilər .

   Məktəbin direktoru Vahid Muradov " bullinq" haqqında  məlumat verdi. Kiməsə rişxənd etmək, istehza etmək və hədə-qorxu gəlmək, kimisə incitmək, qorxutmaq,  vahiməyə salmaq  kimi  hərəkətlərin qarşısının alınmasının zəruriliyi  barədə  danışdı .

   Təşkilarçı Sabir Şahhüseynov şagirdlər arasında bullinqin öhdəsindən necə gələ biləcəkləri barədə sorğu apardı. Müzakirələr zamanı Sabir Şahhüseynov bir daha  bullinq hallarına rast gəlməmək və özünü müdafiə etmək üçün şagirdlərdən istənilən zaman köməyə ehtiyacları olduqları təqdirdə kömək üçün müraciət etməklərini məsləhət verdi.

    Təlim-tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova, direktor müavini Şəlalə Fətiyeva, tarix müəllimi N.Əsgərova, Azərbaycan dili və ədəbiyyat müəllimi A.Sadıqova  " bullinq " barədə ətraflı məlumat verdilər . Bullinqə məruz qalan insanlara müxtəlif istiqamətlərdə kömək göstərmək üçün onlara istənilən tövsiyələri verməyə hazır olduqlarını vurğuladılır. Belə insanlara tək qalmamağı, özlərini müdafiə etməyi mübahisələrə yol verməməyi, kömək üçün müraciət etmələrini çıxış yolu kimi qeyd edib nəzərə çatdırdılar .

 Daha sonra tədbirdə uşaq hüquqlarından söhbət açıldı .

 Bullinq hallarının qarşısının alınması üçün pedoqoji kollektivin də bu sahədə nəzarətinin gücləndirilməsi vurğulandı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi