Bayraq Günü
8 noyabr 2019- cu il tarixində məktəbimizdə “Dövlət Bayrağı Günü”nə həsr edilmiş tədbir keçirildi .
Tədbiri tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov açıq elan etdi. Azərbaycan Dövlət Himni oxundu. Sabir müəllim qeyd etdi ki, dövlət bayrağı vətən , millət və dil qədər müqəddəsdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Məktəbin direktoru Vahid Muradov çıxış edərkən bildirdi ki, ölçüləri 35x70 metr olan və “ 162 metr hündürlükdə dalğalanan bayrağımız daim hər kəsin diqqətini cəlb edir.
Təlim tərbiyə işləri üzrə direktor müavini üzrə Mahnur Cəfərova vurğuladı ki, “Bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa Vətəndir.” Şagirdlər çıxış etdi, şeirlər söylədi, və mahnılar ifa elədilər.