Valideyinin məktəbdə bir günü

     20  may  2019-cu  il tarixində  məktəbimizdə ümumməktəb  valideyn   iclası  keçirildi. Şagirdlərin  dərsə müntənzəm  davamiyyəti, tərbiyə və davranışları, buraxılmış imtahanları  haqqında  məktəbin  direktoru  Vahid  Muradov  qeyd  olunan  məsələlərə  münasibət  bilidirərək  çıxış  etdi. Çıxışda  sinif  rəhbərlərinə, fənn  müəllimlərinə, valdeyinlərə  tövsiyə  və  təkliflərini  bildirdi.  Bu  istiqamətdə  məsələlərin  daha da  səmərəli  həlli  üçün  bütün  optimal  variantlardan  istifadə  etmələrini tövsiyə  etdi.

   Tərbiyə  işləri  üzrə  direktor  müavini  Sabir  Şahhüseynov  və  təlim- tərbiyə  işləri  üzrə  direktor  müavini  Mahnur  Cəfərova  çıxış  edərək  pedaqoji  prosesdə  müəyyən  dəyişikliklərin  aparılacağı,  keyfiyyətli  təhsil  sahəsində  şagirdlərə  diqqətin  artırılması  üçün  hər  bir  valideyn  və  fənn  müəllimlərinin  daha  ciddi  şəkildə  yanaşmasının  təmin  edilməsinin  zəruriliyinin  vurğuladılar.

  Eyni  zamanda,  şagirdlərin  möhkəm  və  dərin  biliklərə, eləcədə  bacarıq  və  vərdişlərə  yiyələnməsi  üçün  ciddi  çalışqanlığın  olunmasının  vacibliyi  barədə  danışdılar.

  Valideynlər  eyni  zamanda  çıxış  edərək  qeyd  olunan  məsələlər  barədə  münasibətlərini  bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi