31 Mart Azərbaycanlıların Soyqırım Günü
29 mart 2019- cu il tarixində məktəbimizdə “ Azərbaycanlıların soyqırımı” na həsr olunmuş tədbir keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndi.
Tədbirdə məktəbin direktoru Vahid Muradov və tərbiyə işləri üzrə direktor müavini ( təşkilatçı) Sabir Şahhüseynov çıxış edərək bildirdilər ki, 1918-ci il mart hadisələrinin təşkilatçıları və icraçıları erməni millətçiləri, “ Daşnaksütyun” partiyası və onun terroçu birləşmələri, əsasən, erməni və slavyanlardan təşkil olunmuş Bakı Kommunasının bolşevikləri idi. Onlar üç gün ərzində 12 mindən çox azərbaycanlını qətlə yetirdilər. Dəhşətli soyqırım 1918-ci il sentyabr ayının ortalarına qədər davam etdirildi. Bu soyqırım altı yüz minə qədər azərbaycanlı vəhşi erməni millətçilərinin qurbanı oldu.
Şagirdlər səhnəciklər nümayiş etdirdilər ki, bu da şagirdlərdə ermənilərə qarşı olan nifrəti daha da artırdı.