Valideynin məktəbdə bir günü
15 fevral 2019-cu il tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi ilə bağlı tədbir keçirildi. Bu tədbirdə 78 nəfər valideyn, məktəb rəhbərləri və müəllimlər iştirak etdilər. Məktəbin direktoru Vahid Muradov, tərbiyə işlər üzrə direktor müavini (təşkilatçı)Sabir Şahhüseynov, təlim- tərbiyə işlər üzrə direktor müavini Mahnur Cəfərova, məktəb valideyn komitəsinin sədri İntiqam Mehdiyev valideynlərlə həmsöhbət oldular. Təlim-tərbiyənin müasir tələblərə uyğun səviyyədə təşkil edilməsi məsələsi məktəb rəhbərləri, müəllimlər və valideynlər tərəfindən vurğulandı. Eyni zamanda valideynlər müəllimlərin dərslərini dinlədilər, valideyn – məktəb – müəllim əlaqələrinin bu cür formada təşkil olunmasını dəstəklədilər.