Xocalı soyqırımı
25 fevral 2019 –cu il tarixində “Xocalı soyqırımı” nın 27-ci ildönümü ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Xocalı şəhərinin müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan dövlət himni səsləndi. Məktəbin direktoru, Qarabağ müharibəsi veteranı V.Muradov “Xocalı faciəsi” nin baş vermə səbəbləri , BMT təhlükəsizlik şurasının 4 qətnaməsinin icra olunmaması barəsində nitq söylədi.
Tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov çıxışında vurğuladı ki, erməni qəsbkarları tərəfindən insanlığa qarşı törədilən cinayətin analoqu yoxdur. Sabir Şahhüseynov müharibə döyüşçüsü kimi müharibədə gedən qeyri-bərabər döyüşlər haqqında da söhbət açdı. Məktəbin şagirdləri şeirlər söylədilər. Videoçarx nümayiş olundu. Şagirdlər çıxışlarında erməni qəsbkarları tərəfindən 613 nəfər Xocalı sakini, onlardan 63 nəfəri azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldüyünü, 497 nəfər şikəst olduğunu və 1275 sakinin əsir götürüldüyünü qeyd etdilər.