Narkomaniyaya Qarşı Mübarizə
15 fevral 2019 - cu il tarixdə məktəbimizdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirildi .
Tədbirdə Sabunçu rayonu polis şöbəsinin əməkdaşları , pedaqoji kollektiv və
şagirdlər iştirak etdilər .
Polis mayoru Əli Babayev bu barədə nitq söylədi və videoçarx nümayiş
etdirildi . Məktədin direktoru Vahid Muradov öz çıxışında qeyd etdi ki ,
narkomaniyanın yayılması əsrin , bəşəriyyətin bəlasıdır . Onun qarşısının
alınması üçün hər bir kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir .
Tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov vurğuladı ki , bu
barədə maarifləndirmə işləri görülməlidir. Narkotik maddələrin satışının
qarşısı alınması üçün çox ciddi mübarizə tədbirləri aparılmalıdır . Daha sonra
isə narkomanların sağlamlığının və şəxsiyyətinin itirilməsini qeyd etdi .
Şagirdlər bu tədbirdə çıxış etdilər. Polis əməkdaşlarına suallar ünvanladılar və
onların sualları yerindəcə cavablandırıldı ,tövsiyyələr verildi .