Gənclər Günü
2 fevral 2019- cu ildə məktəbimizdə
"Gənclər Günü"-nə həsr edilmiş tədbir keçirildi .
Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov Azərbaycan
Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli sərəncamı ilə 2007- ci ilin
"Gənclər ili" elan olunduğu barədə çıxış etdi. Eyni zamanda respublikamızın
ictimai – siyasi həyatında gənclərimizin böyük rolu olduğunu şagirdlərin
nəzərinə çatdırdı.
Məktəbin direktoru Vahid Muradov öz nitqində gənclərimizin hərbi
- vətənpərvərlik ruhunda tərbiyə olunmasını , onların vətənə , millətə sevgisinin
yüksək səviyyədə olduğunu vurğuladı.
Tədbirdə XI sinif şagirdləri Alyarov Famil , Nəhmətov Adil və
Məmmədova Sara çıxış edərək bütün yaradılan imkanlara , gənclərə verilən
müstəqilliyə , şəraitə görə dövlətə , dövlətçiliyə və Cənab Prezidentimiz İlham
Əliyevə minnətdarlıqlarını bildirdilər .