20 Yanvar
Sabunçu rayonu 296 №-li tam orta məktəbdə tədbir keçirildi. Tədbiri
məktəbin direktoru Vahid Muradov açıq elan etdi. Şəhidlərimizin ruhu bir
dəqiqəlik sükutla yad edildi.
Məktəbin XA sinif şagirdi Allahverdiyeva Şayəstə bu qanlı gün haqqinda
çıxış etdi. Məktəbimizin şagirdləri şəhidlərə və " Qanlı Yanvar " gününə həsr
edilmiş səhnəcik göstərdilər. Şeirlər söylənildi.
29 il şəhidlik zirvəsində olan şəhidlərimizin şanlı ölümlərinə həsr olunan
rəsm işləri nümayiş etdirildi.
Yekunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov
" 20 Yanvar faciəsi " haqqında şagirdlərə yekun nitqi söylədi. Onlara bu
şanlı tarixi heç zaman unutmamağı tövsiyə etdi.
Tədbirin sonunda məktəbin müəllim və şagird kollektivi " Şəhidlər Xiyabanı"-
nı ziyarət etmək üçün yollandılar.