Xalqın Lideri
24 dekabr 2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 illik fəaliyyəti doğum günü münasibətilə tədbir təşkil olundu.
Tədbirdə məktəbin direktoru V. Muradov , məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Şahhüseynov və tdris işləri üzrə müavin M.Cəfərova cıxış edərək ulu öndərin layiqli davamçısı, onun fəaliyyətini doğru və düzgün siyasətlə davam etdirən İ.Əliyevin gördüyü mühüm işlərdən danışdılar.
V.Muradov cıxışında 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçilmiş cənab İlham Əliyevin bu illər ərzində yürütdüyü siyasətin nəticəsi barədə geniş söhbət etdi.
Tərbiyə işləri üzrə direktor müavini S.Şahhüseynov öz vəsifəsində cox layiqincə çalışan Azərbaycanın çiçəklənməsi üçün bütün səylərini birləşdirən bu gözəl insan haqqında cox xoş sözlər dedi. Ona səmimi arzularını dilədi .
Tədris işləri üzrə direktor müavini Mahnur Cəfərova İlham Əliyevin uzaqgörən siyasətini dəstəklədiyini və onun xalq üçün hələ çox işlər görəcəyi barədə söhbətlər etdi .
Bundan əlavə məktəbdə sinif rəhbərləri siniflərdə təşkilat saatlarında layiqli rəhbərin həyat və fəaliyyəti haqqında məruzələr etmişlər.