Yol Hərəkəti Qaydaları
Məktəbimizdə yol-nəqliyyat hadisələrinin qarşısının alınması haqqında siniflərdə maarifləndirici söhbətlər aparıldı.Eyni zamanda, tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov sinif rəhbərlərinə göstəriş verdi ki, təhlükəsiz hərəkət istiqamətlərinin sxemi tərtib edilsin.Sinif rəhbərləri qeyd etdilər ki, nəqliyyat vasitələrinin saxlanılması və sərnişinlərin mindirilməsini və ya düşürdülməsinin tənzimləyən müvafiq nişanlama yoxdur. Elektron lövhədə şagirdlərə yol-hərəkəti qaydaları haqqında nümunələr nümayiş etdirildi.