Dirçəliş Günü
15 noyabr 2018-ci ildə məktəbimizdə “ Dirçəliş Günü” nə həsr edilmiş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Məktəbin direktoru Vahid Muradov tədbirdə çıxış etdi. O, “Meydan hərəkatı” haqqında məlumat verdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli ay – ulduzlu bayraqlarının dalğalandığını söylədi. Tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov öz çıxışında xalq hərəkatının təkcə Bakıda deyil, həm də Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldığını dedi . Təlim- tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova göstərdi ki, Rus İmperiyası Azərbaycanın müstəqil, suveren, dövlət kimi yaşamasına mane olurdu.
Şagirdlər şeirlər söylədilər. Məktəbin hərbi rəhbəri Zaur Əhmədov yekunda qeyd etdi ki, Azərbaycan Respublikası öz hərbi gücünə, iqtisadiyyatına görə müstəqil, suveren dövlət kimi əbədi yaşayacaqdır.