Konstitusiya Günü
Məktəbimizdə “Konstitusiya günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbir şəraitə uyğun səviyyədə təşkil edildi.Eyni zamanda siniflərdə də bu barədə söhbətlər aparıldı.
Tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov Azərbaycanın siyasi tarixində yeni bir era açan və dövlət müstəqilliyinin, cəmiyyətdə insan azadlığının və demokratik dəyərlərin əsas qanuna çevrilən bir Konstitusiya 1995-ci il noyabrın 12 –də referendum yolu ilə qəbul edildiyini söylədi. Sinif rəhbərləri konstitusiyamızda təhsil, təlim - tərbiyə ilə bağlı olan əsas müddəaları şagirdlərin diqqətinə çatdırdılar.