Bayraq  Günü

 

    Məktəbimizdə  “Azərbaycan   Respublikasının  Bayraq  Günü”   9  noyabr  tarixində  təntənəli  şəkildə  qeyd  olundu.

   “ Bayrağımız -  Qürur  yerimiz”  adlı  tədbirdə  məktəblilər  Dövlət  bayrağımız  altında  yürüş  etdilər.

   Tədbir  Azərbaycan  Respublikasının  Dövlət  Himninin  oxunması  ilə  başlandı.  Dövlət  bayrağımızın-  bir   müstəqillik  rəmzi  kimi  tarixçəsi  haqqında  uzun-  uzadı  çıxışlar    olundu .

  Məktəbin  direktoru  Vahid  Muradov  çıxış  edərək  Üçrəngli  Dövlət  bayrağımız  haqqında  məlumat  verdi.  Məktəbin  tərbiyə  işləri  üzrə  direktor    müavini  Sabir  Şahhüseynov  Azərbaycan  bayrağının  rəmzi  mənalarını,  bayrağımızın  müqəddəsliyi  barədə  cıxış  etdi.

     Məktəbimizin  tarix  müəllimi  Nüşabə  Cəfərova,  Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi  Aynur  Sadıqova  çıxışlarlarında  şagirdlərimizə  Müstəqil  Azərbaycanımızın  müqəddəs  rəmzi  olan  bayrağımzın  qürurla  daşımalarını  arzuladılar.  Bu  üçrəngli  müasir,  müqəddəs  bayrağımızın  Qarabağda,  Xankəndində,  Şuşada  dalğanacağı  günü  səbirsizliklə  gözlədiklərini  söylədilər.

     Şagirdlərimizin  ifasında  şeirlər  dinlənildi.  Musiqi  nömrələri    nümayiş  etdirildi.    Tədbirin  sonunda  şagirdlərimiz  əsgər  geyimində,  əllərdə  Üçrəngli  Azərbaycan  bayrağı  “Azərbaycanın  əsgər  marşı”  ifa  edərək  hər  zaman  bu  müqəddəs  bayrağı  daim  qorumağa  hazır  olduqlarını  göstərdilər.

      Məktəbimizin  müəllim  kollektivi  də  şagirdlərimizlə   birgə  bu  möhtəşəm  marşı  ifa  etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi