Uşaq  Hüquqları

   BMT-nin  Uşaq Hüquqları  Konvensiyasının  Ratifikasiyası   ilə  bağlı  məktəb  şagirdlərinə  geniş  məlumat  verildi,  xüsusən  də  tarix  müəllimləri  bu  işdə  yaxından  iştirak    edərək  şagirdlərə  hüquqlarının  qorunması  müdafiəsi  sahəsində  bütün  tövsiyələrini  izah  etdilər. 

  Uşaq  hüquqlarının  qorunması  və    müdafiəsi  ilə  bağlı  məktəbimizdə  geniş  diskussiya    keçirildi.   Bəzi   mühüm  məsələlər  müzakirə  olundu.

   Bundan  əlavə  Uşaq  Hüquqları  aylığına  həsr  olumuş  qiraət,  şeir  və  rəsm  müsabiqələri  təşkil  olundu,  qaliblər  seçildi.  Sinif  divar  qəzetlərində   Uşaq   hüquqlarının    qorunması   və   müdafiəsinin  təbliği  sahəsində  müəyyən  yazılar  dərc  olunmuşdur.

    Məktəbmizdə  ədəbiyyat  müəllimlərinin  iştirakı  ilə  siniflər  arasında “Hüquqlarımızı  tanıyaq  və  qoruyaq”  mövzusunda  inşa  müsabiqəsi  keçirildi.  Xüsusi  yazısına  və  inşasının  mövzusuna  görə  fərqlənən  şagirdlərin  yazıları  seçilərək  məktəb  rəhbərliyi  tərəfindən    yüksək  qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi