Milli Müstəqillik günü
18 oktyabr 2018-ci il tarixində 296 №-li tam orta məktəbdə
“18 oktyabr – Milli Müstəqillik günüdür” mövzusunda tədbir keçirildi.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov açılış etdi və Azərbaycan Dövlət Himni oxundu.
Sabir müəllim çıxış edib bildirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etdi. İkinci dəfə əldə etdiyi müstəqillik əbədi və daim yaşayacaq.
Dünya dövlətləri Azərbaycanı müstəqil və suveren bir dövlət kimi tanımağa başladılar.
Şagirdlərdən Zəhra Cabbarzadə məruzə oxudu. VI (a) sinif şagirdi Qafarova Günel müstəqilliyə aid şeir söylədi.