Bilik Günü
15 sentyabr 2018/2019-cu tədris ilinin başlanması münasibətilə “Bilik Günü” –nə həsr edilmiş tədbir keçirildi. Tədbiri tərbiyə işlər üzrə direktor müavini S.Şahhüseynov açıq elan etdi. Məktəbin direktoru V.Muradov bu münasibətlə çıxış edərək gostərdiki , məktəbimizdə ali məktəblərə qəbul olanların sayı əvvəlki illərə nisbətən çoxdur. Birinci sinfə qədəm qoyan şagirdlərdən bir neçəsi şeirlər soylədilər. Bakı şəhərinin bolşevik və daşnaklardan azad olunmasının 100 illiyi haqqında çıxışlar oldu.