SON ZƏNG
14 iyun 2018- ci il tarixdə 296 №-li tam orta məktəbdə “Son zəng” tədbirinin keçiril.
Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov açıq elan etdi.
Azərbaycan Respublikası Dövlət Himni səsləndi.
Məktəbin direktoru Vahid Muradov “Son zəng” tədbiri münasibətilə şagirdləri, valideynləri, müəllimləri təbrik etdi. Daha sonra məzunlara təhsillərinin davam etdirilməsində uğurlar arzuladı.
Sabir müəllim çıxışında qeyd etdi ki, istər Azərbaycanda, istərsə də xaricdə təhsillərini davam etdirsələr belə vətənpərvər olsunlar, vətənlərini, doğma yurdlarını hər şeydən əziz tutsunlar.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova qeyd etdi ki, o, məzunlardan çox böyük ümidlər gözləyir.
Məktəbin məzunları 2017-2018-ci tədris ilində əldə etdikləri uğur və nailiyyətlər barədə danışdılar.
Əlavə olaraq tədbirin bədii hissəsində şagirdlərimiz musiqi və rəqs nömrələri ilə çıxış etdilər. Müxtəlif şeirlər söylədilər. İllərlə onların əziyyətini çəkən, elmin sirlərini onlara aşılayan müəllimlərinə dərin minnətdarlıqlarını bildirdilər. Məktəbin musiqi müəllimi Aygül Cəfərova on birincilərə öz ürək sözlərini, arzularını dilədi.
Məktəbin müəllimləri çıxış edərək 2017-2018-ci tədris ilini başa vuran məzunları təbrik etdilər, müstəqil həyatda onlara uğurlar arzuladılar.