Heydər Əliyev 95
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.
Tədbiri məktəbin direktoru V.Muradov açıq elan etdi. V.Muradov çıxışında Heydər Əliyevin dünyanın ən uzaqgörən siyasi liderlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, H.Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olmuşdur. Onun Azərbaycanın müstəqilliyinin əldə edilməsində, qorunmasında misilsiz xidmətləri olmuşdur.
Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov çıxışında dahi liderin doğma xalqının çiçəklənməsində, iqtisadiyyatının inkişafında gördüyü işlər barədə söhbət açdı.
Məktəbin dil və ədəbiyyat müəllimləri Ülkər Abbasova, Şirxan Məmmədov da Heydər Əliyevin təhsil sahəsində gördüyü mühüm işlərin cəmiyyətimizə, gənclərimizin savadlı, istedadlı şəxsiyyət kimi formalaşmasında böyük xeyri barədə çıxış etdi.
V sinif şagirdləri Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş şeirlər söylədilər, H.Əliyevin müdrik kəlamlarını dinləyicilərə çatdırdılar.