Aprel döyüşləri qəhramanlıq nümunəsidir
Məktəbimizdə 2 Aprel 2018-ci il tarixində 2016-ci il “Aprel döyüşlərinə” həsr edilmiş ədəbi-bədii kompozisiya təşkil olundu. Tədbir Azərbaycan respublikasının Dövlət Himni ilə başlandı. Tədbiri məktəbin direktoru V.Muradov açıq elan etdi.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Şahhüseynov, təlim-tərbiyə işləri üzrə direktor müavini M.Cəfərova 2016-cı il 2 aprel tarixində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən danışdılar.
Məktəblilər tədbirdə Aprel döyüşlərini əks etdirən sənədli film izlədilər.
Şagirdlərimiz ordumuzun 2 Aprel tarixində göstərdiyi cəsurluğa, igidliklərinə həsr edilmiş şeirlər söylədilər, “ Sən azərbaycanlısan”, “İgid əsgər” mahnılarını məharətlə ifa etdilər.
Müharibə dövründəki valideyn-ata, ana həyəcanını bacı, qardaş dəstəyini “Əsgər anası” adlı səhnəcikdə nümayiş etdilər. Onlara həsr edilmiş “Ana, mən şəhid oldum” mahnısı ifa olundu.