Azərbaycan Xalq Cümhuriyyəti 100

     Məktəbimizdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  100  illik  yubileyinin  keçirilməsi  ilə  bağlı  bir  çox  mühüm  silsilə  tədbirlər  təşkil  edilmişdir.

     Məktəbin  IX-XI  sinif  şağirdləri  arasında  “Müstəqilliyimiz  əbədidir”  mövzusunda  inşa  yazı  müsabiqəsi  keçirildi.  Müsabiqə  qalibləri  müəyyən  olunaraq  mükafatlandırıldılar.  Şagirdlərimiz  arasında  “Azərbaycan  Xalq  Cümhuriyyəti  ili”  milli  özünüdərkin  gerçəkləşməsi  üçün  zəmindir  mövzusunda  “Ən  yaxşı  şair  ifaçısı”  müsabiqəsi  təşkil  olundu.

     Məktəbin  şagirdləri  Xalq  Cümhuriyyətinə,  Azərbaycanın  əbədi  müstəqilliyinə  həsr  olunmuş  şeirlər  söylədilər.

     Siniflərdə  Xalq  Cümhuriyyətinin  yubileyi  ilə  əlaqədar elmi  kitablardan  ibarət  guşələr  yaradıldı,  divar  qəzetləri,  bülletenlər  hazırlandı.

     Yubiley  çərçivəsində  şagird  və  müəllimlər  üçün  “Azərbaycan  Xalq  Cümhuriyyəti  Şərqdə  və  Müsəlman  dünyasında  ilk  parlamentli  demokratik  respublikadır”  mövzusunda  seminar  təşkil  olunmuşdur.  Şagirdlərimizə  sənədli  və  bədii  filmlər  nümayiş  etdirilərək  cümhuriyyət dövrünü  əks  etdirən  tarixi  faktlar  müzakirə  edilmişdir.

     12  Aprel  2018-ci  il  tarixdə  “Azərbaycan  Demokratik  Xalq  Cümhuriyyətinin  100  illik  yubileyinə  həsr  olunmuş  tədbir  təşkil  olundu.  Məktəblilərimiz  tədbirdə  müxtəlif  şeirlər  söylədilər,  mahnılar  ifa  etdilər.

     Tədbirdə  məktəbin  tərbiyə  işləri  üzrə  direktor  müavini  S. Şahhüseynov,  məktəbin  təlim-tərbiyə  işləri  üzrə  direktor  müavini  M. Cəfərova,  məktəbin  direktoru  V. Muradov  çıxış  edərək  Azərbaycan  Xalq  Cümhuriyyəti  barədə  məktəblilərə  ətraflı  məlumat  verdilər.

     Məktəbin  Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi  Aynur  Sadıqova  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Azərbaycan  ədəbiyyatı  barədə,  həmin  dövr  Azərbaycan  ədəbiyyatı  tarixindən  faktlar  söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi