Novruz 

     19  mart   2018-ci il  tarixində  məktəbimizdə  “  Novruz  gəlir,  yaz  gəlir”  adlı  tədbir  təşkil  olundu.  Tədbiri  məktəbin  direktoru  V.  Muradov  açıq  elan  etdi.  Şagirdləri  və  məktəbin    müəllim  kollektivini  təbrik  etmək  üçün  məktəbin  tərbiyə  işləri  üzrə  direktor  müavini  S.Şahhüseynova  söz  verildi.   Sabir    müəllim  çıxış  edərək  Azərbaycan  xalqını,  vətənimizin   övladlarını  bu  milli  bayramımız  münasibətilə  təbrik  etdi.  Onların  şən,  firavan  olmasını  arzuladı.

     Məktəbin  təlim- tərbiyə  işləri  üzrə    direktor  müavini  Mahnur  Cəfərova  çıxış  edərək  müəllim və şagirdləri  bayram  münasibətilə  təbrik  etdi.    296№ li  məktəbdə  özündə  ən  gözəl  mənəvi  dəyərləri  birləşdirən  bu  milli    bayramımız  barədə  divar  qəzetlərində  şagirdlərimiz  müxtəlif  yazılar, cərşənbələr barədə məlumatlar qeyd  etdilər.

Məktəbimizin  həyətində  tonqal  yandırıldı.  Şagird  və  müəllim  kollektivi    tonqal  ətrafında  milli  bayramımıza  həsr  olunmuş  mahnılar  oxuyaraq, şeirlər söyləyərək, rəqs  edərək  daha  da  şənləndirdilər.  Məktəbin  IX  sinif  şagirdləri  milli  kinolarımızdan  səhnəciklər  nümayiş  etdilər. Novruzun  sinvolu  olan  kosa,  keçəl, Bahar  qızının  gəlməsi  məclisi  daha  da    şənləndirdi.   IX  sinif  şagirdləri    Bayramov  Kənan,  Qasımov  Şövqi  milli  rəqs  nömrələrini    məharətlə  ifa  etdilər.  Bundan  əlavə  şagirdlərimizin    Novruzla  bağlı  inam,  inancları  dinlənildi.  V sinif  şagirdləri “ cərşənbələr” haqqında  deyimlər  söylədilər.  I  sinif  şagirdi  balaca  Nərmin  milli oyun  havasının  sədaları  altında  gözəl  rəqs  nümayiş  etdirdi.

  Şagirdlərimiz  Bahar  qızının  gəlişinə  şeirlər  söylədilər,  milli  rəqslər  oynadılar,  milli  adət- ənənələrimizi  nümayiş  etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi