Beynəlxalq Ana dili günü

  21  Fevral  2018-ci il  tarixində  məktəbimizdə  “Beynəlxalq  Ana  dili  günü”  adlı  tədbir  keçirildi.

   Tədbirdə  iştirak  edən  məktəbin  tədris  işləri  üzrə  direktor  müavini  Mahnur  Cəfərova,  tərbiyə  işləri  üzrə  direktor  müavini  Sabir  Şahhüseynov  cıxış  edərək  bu  günün  Azərbaycan  xalqının  milli -  mənəvi  dəyərlərini  qorumaqda  nə  qədər  mühüm  olduğundan  danışdılar.

     Məktəbin  Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi  Aynur  Sadıqova  çıxış  edərək  21  Fevral – “ Beynəlxalq  Ana  Dili”  gününün  yaranma  tarixi  barədə  məlumat  verdi.  İllər  uzunu  Azərbaycan  dilinin  tarixi  inkişafından,  babalarımızın  bu  dilə  sahiblənmək,  onu  müxtəlif  təzyiqlərə  baxmayaraq  qoruyaraq  bugünkü  nəslə,  cəmiyyətə  çatdırması  haqqında  söhbət  açdı.

   Doğma  dilin  müqəddəsliyini  qorumağı, dilin milli - mənəvi dəyərlərimizin  inkişaf  etməsində,  ictimaiyyətimizi  səciyyələndirməsində  əvəzsiz  bir  miras  kimi  qorumağı  tövsiyə  etdi.

   Məktəbmizin şagirdləri şeirlər  söylədilər, çıxışlarında dilimizin zənginliyi,  qədimliyi barədə mühüm faktlar söylədilər.

   IX  sinif  şagirdlərinin  ifasında  musiqi  səsləndi. Sonda məktəbimizin şagirdləri  qürurla Azərbaycan himnini oxuyaraq tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi