20  Yanvar

 

     Xalqımızın  qanı  bahasına  əldə  etdiyi  azadlığı  uğrunda  həlak  olan  şəhidlərimizin  bu  faciəvi  günündən  düz  iyirmi  səkkiz  il  ötür. 20  Yanvar  faciəsi  xalqımızın  qan  yaddaşına  yazılmaqla  bərabər,  “Şanlı  gün”  kimi  də  tarixdə  qaldı.  Bununla  bağlı  məktəbimizdə  mühüm  silsilə  tədbirlər  təşkil  edildi.

     8-10  Yanvar  tarixlərində  məktəbimizdə  ədəbiyyat  və  tarix  müəllimləri  tərəfindən  toplantı,  mühazirələr  təşkil  olundu. 20 Yanvar-Ümumxalq  hüzn  gününə  həsr  olunmuş “Vətən şəhidləri ilə ucalır” mövzusunda keçirilən inşa  müsabiqəsində şagirdlərimiz bu tarixi  günlə əlaqədar  hiss  və  düşüncələrini  əks  etdirdilər.

     Şəhidlərimizin  əziz  ruhuna  həsr  olunmuş  “Şəhidlər  ölmür” adlı bədii-qiraət  müsabiqəsi  keçirildi.  Siniflərdə  1990-cu  il  20  Yanvar  faciəsini  əks  etdirən  fotostendlər,  divar  qəzetləri  və  guşələr  hazırlandı.

     19  Yanvar  2018- ci  il  tarixdə  məktəbimizdə  “Qanlı  gün-şanlı  tarix”  adlı  tədbir  keçirildi.  Faciədə  həlak  olmuş  şəhidlərimizin  ruhu  bir  dəqiqəlik  sükutla  yad  edildi.  Məktəbin  tədris  işləri  üzrə  direktor  müavini  Mahnur  Cəfərova  və  tərbiyə  işləri  üzrə  direktor  müavini  Sabir  Şahhüseynovun  təşəbbüsü  və  rəhbərliyi  altında  məktəbin  müəllim  və  şagird  kollektivinin  müqəddəs  yerimiz  olan  “Şəhidlər  xiyabanı”- na  ziyarəti  təşkil  olundu.  Şagirdlərimiz  şəhidlərimizin  məzarı  önünə  çiçək  dəstələri  qoyaraq  onların  ruhunu  yad  etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi