Məktəbdə Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı tədbir keçirildi. Tədbiri tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov açıq elan etdi. Sabir müəllim öz çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının mədəni-siyasi birliyi, həmrəyliyi, ümumi mənafe naminə çalışması, bütün səylərini bir məqsəd uğrunda birləşdirməsi haqqında geniş məlumat verdi.Məktəbin direktoru Vahid Muradov şagirdlərimizi millətimizi birləşdirən bu gün ilə əlaqədar təbrik etdi. Bildirdi ki, vətənimizdən ayrı düşmüş hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfini qorumağa həmişə hazır olan bir dövlət-Azərbaycan Respublikası vardır.Bundan əlavə tədbirdə şagirdlərimizin ifasında musiqi nömrələri eşidildi. IX sinif şagirdləri B.Kənan, A.Şayəstə, A.Fəridə şeirlər söylədilər.