13 Dekabr 2017-ci il tarixində məktəbimizin şagirdlərinin Binəqədi rayonunda yerləşən “Baytarlıq səhnəciyindəki” Azərbaycan Dövlət Kənd Təsərrüfatı Müzeyinə ekskursiyası təşkil edildi.Şagirdlər burada XVII-XVIII əsərlərdə Azərbaycan təsərrüfatında əmək adamlarının istifadə etdikləri əkinçilik, suvarma alətləri, qədim yaşayış evlərinin zədəgan, orta səviyyəli, kasıb təbəqələrin ev nümunələri ilə tanış oldular. Azərbaycannın mədəniyyətinin zəngin olduğunu öyrənən şagirdlərimiz bir anlıq həmin tarixi günlərin sanki canlı şahidi oldular.