“Uşaq hüquqları”
Məktəbimizin VIIIC sinif Feyzullayeva Iradə Elnur qızı şagirdi keçirilən rəsm müsabiqəsində fərqləndiyinə görə onun rəsm əsəri Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin “Uşaq hüquqlarına” həsr edilmiş rəsm müsabiqəsində də xüsusən diqqəti cəlb etmişdi. Öz hüquqları barədə fikir və düşüncələrini böyük məharətlə təsvir edən şagirdimiz bu gün cəmiyyətimizi narahat edən aktual bir məsələyə toxunmuşdu. Rəsm əsəri Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri, Rəssamlar ittifaqının üzvləri tərəfindən müsbət qarşılanmış, yaxşı bir rəsm əsəri kimi dəyərləndirilmişdir.