Molla Pənah Vaqif
14 Oktyabr 2017-ci il tarixdində məktəbimizdə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi. 14 oktyabr 2017-ci il tarixində 296 № -li tam orta məktəbdə dahi və görkəmli şairimiz Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olundu. Tədbirdə şairin həyat və yaradıcılığına həsr olunmuş maraqlı söhbətlər edildi. Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aynur Sadıqova dahi şairin keçdiyi həyat yolu barədə maraqlı faktlarla məruzə etdi. Şagirdlərimiz Əlizadə Ayan, Hüseynzadə Məsumə, Qasımova Məlahət, Nəzərli Şəms, Bayramov Kənan şairin yaradıcılığından və təbiət gözəllikləri ilə, əxlaqi-tərbiyəvi nüanslarla dolu poeziyasından seçmələr söylədilər. Bundan əlavə böyük şairimizin məhbbət lirikasına geniş yer verdiyi qəzəlləri də şagirdlərimiz tərəfindən yüksək məharətlə söyləndi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sabir Şahhüseynov şagirdlərə çıxışında Vaqif poeziyasının tərbiyəvi əhəmiyyətli fikirlərini xüsusi qeyd etdi. Şagirdlərimiz tədbirdə Vaqif və Qacar münasibətlərinin kəskinliyinin dəlili kimi “Vaqif- Qacar” deyişməsini səhnəciklərlə nümayiş etdirdilər. Bundan əlavə məktəbin şagirdləri arasında Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı “Vaqif Poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirildi. Bununla bağlı rəsm müsabiqəsində görkəmli şairin əsərlərinə çəkilmiş rəsmlər nümayiş etdirildi.