“Ulu öndər Heydər Əliyev-94” mövzusunda açıq dərs

10 may 2017-ci il tarixində 296 saylı tam orta məktəbdə musiqi müəllimi Aygül Süleymanovanın Ümumilli lider H. Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev” mövzusunda açıq dərsi keçirildi. İlk öncə dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərsdə Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi. Şagirdlər dahi liderin hər zaman böyük məhəbbətlə dinlədiyi mahnıları ifa etdilər. Heydər Əliyevin mənalı və xalq üçün yararlı bir həyat yolu barədə faktlar söylədilər. Rəhbərin ailə fotoları nümayiş olundu. İncəsənət adamlarına qiymət verməsi, musiqiyə verdiyi dəyərin yüksəkliyi şagirdlərə geniş aşılandı.Dahi liderin ildönümünə həsr edilmiş açıq dərs məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi