Əsgərova Nübar müəllim 10-cu sinif şagirdləri ilə birlikdə “Müsibəti-Fəxrəddin” dramını səhnələşdirmişlər.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova Nübar müəllim 10-cu sinif şagirdləri ilə birlikdə Azərbaycan dramaturgiyasının görkəmli simalarından olan böyük yazıçı dramaturq Nəcəf bəy Vəzirovun ölməz əsərlərindən biri olan “Müsibəti-Fəxrəddin” dramını səhnələşdirmişlər.Bu əsərda maarifçilik ideyaları, nadanlıqla mübarizə, ailə münasibətləri və ədalətsizlik kimi mövzular ustalıqla qələmə alınıb. Əsərin əsas qəhrəmanı Fəxrəddin idealist bir şəxs olaraq cahilliyə, zorakılığa və köhnə təfəkkür tərzinə qarşı mübarizə aparır.Lakin bu mübarizə nəticəsində onun başına böyük müsibətlər gəlir. Bu dramatik hekayə bizə göstərir ki, maarifçilik və yenilik yolunda çətinliklər qaçılmazdır, lakin bu yol həqiqət və tərəqqiyə aparan yeganə yoldur.Tamaşanın sonunda rəhbərlik şagirdlərlə xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi