"Azərbaycan II dünya müharibəsi illərində" nümunəvi dərs

20 Fevral 25-ci il tarixində tarix müəllimi Dadaşova Aysel tərəfindən 9c sinfində Azərbaycan tarixi fənnindən "Azərbaycan SSR Ikinci Dünya müharibəsi illərində" mövzusu üzrə nümunəvi dərs keçirilmişdir. Nümunəvi dərsdə məktəbin direktoru M.Vahid, təlim- tərbiyə işləri üzrə direktor müavini C.Mahnur, tərbiyə işləri üzrə direktor müavini Q.Jalə, tarix müəllimləri S.Aida və Ə.Nübar iştirak etmişdir. Dərsin əvvəlində şagirdlərə mövzu haqqında 5 dəqiqəlik video təqdim edildi və müxtəlif suallar ünvanlandı. Şagirdlərin fikirləri dinlənildikdən sonra tədqiqat sualı şagirdlərin nəzərinə çatdırıldı. Qrup işi təlim formasından istifadə edildi, hər qrup onlara verilən suallar ətrafında düşünüb,kitabdan və əlavə materiallarından əldə etdikləri məlumatları təqdim etdilər. Şagirdlərə müəllimlər tərəfindən suallar verildi və sonda müəllim ümumiləşdirmə apardi və şagirdləri meyarlar üzrə qiymətləndirdi. Həmçinin direktor M.Vahid müəllim və direktor müavini C.Mahnur müəllim mövzu haqqında öz maraqlı fikirlərini bölüşdülər.