Fənn aylıqları
Məktəbdə 20 dekabr 2024-cü il tarixində fəaliyyət planına əsasən " Fənn aylıqları"nın təşkilinin Riyaziyyat fənnindən məzmun xətləri üzrə nailiyyətlərin ölçülməsi və dəstək proqramının həyata keçirilməsi istiqamətində 8A,8B,8C,8D siniflərarası bilik yarışı təşkil olunmuşdur. Bilik yarışı 2 mərhələli keçirilmiş, hər mərhələdə fərqli məzmun xətləri üzrə suallar tərtib olunmuşdur.Keçirilən bilik yarışında siniflər arası nəticələr çox qənaətbəxş hesab edilmişdir.Yarışın sonunda 8C və 8D sinifləri çox az fərqlə yüksək nəticə göstərmişdir.Yarışın təşkilatçısı məktəbin riyaziyyat müəllimi Quliyeva Gülnarə tərəfindən təşkil olunmuşdur.Yarışın sonunda məktəbin direktoru Vahid Muradov, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova yarışın iştirakçılarını təbrik edərək rəğbətləndirmişdir.